
Bakı. Trend:
İsrail Yəməndə husi silahlı qruplaşmasının mövqelərinə
zərbələrini davam etdirəcək.
Trend xəbər verir
ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəmənə endirilən
son hava hücumlarını şərh edərkən deyib.
Netanyahu xatırladıb ki, bir neçə gün əvvəl Sənaya edilən hücum
nəticəsində husilərin şərq bölgəsinə nəzarət edən rəhbərliyinin
əksər üzvləri məhv edilib. Buna cavab olaraq, sentyabrın 8-də
husilər İsrailin cənubunda yerləşən Ramon hava limanına PUA ilə
hücum ediblər və hadisə nəticəsində bir neçə nəfər xəsarət
alıb.
“Bu gün onların bazalarına, çoxsaylı terrorçuların toplandığı
ərazilərə və digər obyektlərə yenidən hava zərbələri endirdik.
Əməliyyatlarımız davam edəcək”, – deyə Netanyahu bildirib.