MİQ imtahanında 41-50 bal yığan müəllimlərin maaşı ilə bağlı TƏKLİF

Baş səhifə

Bakı. Trend:

Sertifikasiya imtahanından keçən müəllimlərin maaşlarında düzgün
proporsional artım nəzərdə tutulmayıb.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin
müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü
iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə
bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.




Şöbə müdiri bildirib ki, Milli Məclisə bununla bağlı çoxsaylı
müraciətlər edilir:

“Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni
artımı – cəmi 10 faizi ala bilir. Təklif edirəm ki, 41-50 bal arası
toplayan müəllimlərin maaş artımı 25-50 faiz olsun”.