
Bakı. Trend:
Şirvan suvarma kanalında yenidənqurma işləri 2027-ci ilin
sonunadək başa çatdırılacaq.
Bunu Trend-ə
açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq
Aslanov deyib.
O bildirib ki, Azərbaycanda bir sıra iri su anbarları yenidən
qurulur, yeni su obyektləri tikilir: “Hazırda Şirvan suvarma kanalı
yenidən qurulur. Bununla bağlı işlərə başlanılıb. Layihə
çərçivəsində işlər uğurla davam etdirilir. Çox güman ki, 2027-ci
ilin sonunadək layihə üzrə işlər başa çatdırılacaq.
Həmçinin Qarabağ suvarma kanalının yenidən qurulması üzrə layihə
sənədləri hazırlanır. Bu kanal üzrə gələn il yenidənqurma işlərinə
start veriləcək”.
“Hədəf ondan ibarətdir ki, suların istifadəsinin mühafizəsi
sahəsində əhalinin, sahibkarlıq subyektlərinin maarifləndirilməsi
genişləndirilsin”, – deyə R. Aslanov qeyd edib.