
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış
yağacağı gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan
xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi
gözlənilir.