Azərbaycanın qeyri-neft sektoru ixracı 10%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10.3% artaraq
2,4 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin
rəqəmləri təqdim edib.

İcmala əsasən, 2025-ci ilin yanvar-avqust aylarında yeyinti
məhsulları üzrə ixrac 22,9% artaraq 774,2 milyon ABŞ dollarına
bərabər olub.




Cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq
dövrünə nəzərən 58,2%, meyvə-tərəvəz 32,2%, kimya sənayesi
məhsulları 24,3%, pambıq iplik 16,3%, çay 2,1%, qara metallar və
onlardan hazırlanan məmulatlar 0,2% artıb.

2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac
28,2% artaraq 614,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac isə 4,7% artaraq 209,5 milyon ABŞ dollarına bərabər
olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı
21,3% artaraq 823,9 milyon ABŞ dolları təşkil edib.