İstəyirik ki, fizika, riyaziyyat kimi fənlərdən olan suallar beynəlxalq səviyyədə olsun – Emin Əmrullayev

Baş səhifə

Bakı. Trend

Milli fizika, milli riyaziyyat olmur.

Trend xəbər
verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev
2025–2026-cı tədris ili: yeniliklər və hədəflər adlı tədbirdə çıxış
edərkən deyib.




O bildirib ki, müəyyən məqamda çalışmalıyıq ki, suallarımız
beynəlxalq suallara uyğunlaşsın.

“Milli ədəbiyyat olur, tarix olur. Yəqin ki, biz gələcək
islahatların içərisindən bütün problemlərin arasında ən vaciblərini
seçəcəyik. İstəyirik ki, fizika, riyaziyyat kimi fənlərdən olan
suallarımız beynəlxalq səviyyədə olan suallar kimi olsun”, – deyə
nazir əlavə edib.