Alman şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması üçün qabaqcıl texnologiyalarını təqdim edib (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Almaniya və İsveçrədə qərargahları olan, ailə biznesi sayılan
alman şirkəti “Gutermann AG” olaraq, ilk dəfə Azərbaycanda
olmağımızdan istifadə edərək, su itkilərini əhəmiyyətli dərəcədə
azaltmağa imkan verən su sızmalarının aşkarlanması
texnologiyalarını təqdim etmişik

Bunu Trend
verdiyi müsahibədə GUTERMANN şirkətinin baş kommersiya direktoru
Bernhard Doll deyib.

Onun sözlərinə görə, şirkət bəzi rayonlarda 30-40 faiz və daha
yüksək olan su itkilərinin azaldılması üçün qabaqcıl həllər tətbiq
etmək niyyətindədir.

Şirkətin əsas məhsullarından biri “Zone Scan”dır – süni
intellektdən istifadə edən, darzolaqlı NB-IoT texnologiyası
əsasında işləyən registrator. Bu cihazlar az enerji sərfiyyatına
malikdir və hətta metal su qəbul kameralarının içərisində də
quraşdırıla bilir. Onlar boru kəmərindəki səsləri toplayaraq,
mümkün sızma yerini dəqiq müəyyən etməyə imkan verir.




“Çexiya və Rumıniya kimi Şərqi Avropa ölkələrindəki təcrübəmiz
göstərir ki, bu texnologiya sızmaları yerindəcə iqtisadi və
səmərəli şəkildə aşkarlamağa imkan verir, bundan sonra su
təsərrüfatı operatorları lokal yoxlama apararaq boru kəmərini təmir
edə bilirlər”, – deyə Doll qeyd edib.

Şirkət ümid edir ki, belə həllərin tətbiqi Azərbaycanda su
itkilərinin azaldılmasına və su təsərrüfatlarının fəaliyyətinin
səmərəliliyinin artırılmasına kömək edəcək.

Qeyd edək ki, GUTERMANN su itkilərinin ağıllı idarə olunması və
sızmaların aşkarlanması sahəsində innovasiyaları ilə tanınan
beynəlxalq texnoloji şirkətdir. Baş ofisi İsveçrənin Zuq şəhərində
yerləşən və Almaniya, Böyük Britaniya, Fransa, ABŞ və Avstraliyada
regional nümayəndəlikləri olan şirkət ailə biznesinin üçüncü
nəslidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir