Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası işə başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası bu gün
Azərbaycanın Şuşa şəhərində öz işinə başlayıb.

Trend-in
məlumatına görə, Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi,
Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk
Dövlətləri Təşkilatının iştirakı ilə baş tutan assambleya türk
dünyası sığortaçılarını ilk dəfə geniş tərkibdə bir araya
gətirir.

Məlumata görə, assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə
requlyatorları və sığorta assosiasiyaları iştirak edirlər.




Bildirilir ki, assambleya “Türk dünyası sığorta sənayesində
requlyativ yanaşmalar” və “Türk Dünyası Sığorta Birliyi: Qarşıda
Duran Hədəflər və Perspektivlər” adlı 2 panel üzrə müzakirələr
təşkil olunacaq.

Assambleya çərçivəsində həmçinin türk dövlətlərinin
sığortaçıları arasında birgə sənədin imzalanması da nəzərdə
tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir