“Fitch Ratings” Gürcüstanın investisiya şirkətinin uzunmüddətli reytinqini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın
investisiya şirkəti “Silk Road Group Holding LLC”nin 2030-cu ildə
ödənilməsi nəzərdə tutulan 400 milyon dollarlıq təminatsız
istiqrazlarına yekun uzunmüddətli “BB-” reytinqi verib.

Trend bu barədə
“Fitch Ratings” istinadən xəbər verir.

“İstiqrazların reytinqi “BB-” səviyyəsində, pozitiv proqnozla
müəyyən edilib ki, bu da emitentin defolt reytinqinə uyğundur,
alətin bərpa reytinqi isə “RR4” səviyyəsində təsbit olunub.




İstiqrazlar təminatsız öhdəliklər formasında buraxılır, cəlb
edilən vəsaitlər isə mövcud borcların, o cümlədən törəmə
şirkətlərin borclarının yenidən maliyyələşdirilməsinə, həmçinin
şirkətin likvidliyinin gücləndirilməsinə yönəldiləcək. “Fitch” qeyd
edir ki, “Silk Road”ın reytinqinə təsir göstərən əsas amillər
dəyişilməz olaraq qalıb”,- məlumatda bildirilir.

Məlumata görə, reytinqlər “Silk Road”ın Gürcüstanda dayanıqlı
bazar mövqelərinə malik ikinci ən böyük telekommunikasiya operatoru
“Silknet”ə sahib olmasını, habelə dəbdəbəli otellər və kazinolar
seqmentində mənfəətli biznesini əks etdirir.

Qeyd olunur ki, bu istiqamətlər sabit daxili pul axını
formalaşdırır və agentliyin proqnozlarına görə, şirkətin torpaq
sahələrində yeni tikililərin maliyyələşdirilməsi üçün yetərli
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir