“Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev Avropa İttifaqı – Azərbaycan biznes forumunda bildirib.
“Əsas klasterlər bunlardır: Taxıl və toxum istehsalı (1), Ət və süd istehsalı (2), Kartof istehsalı (3), Meyvə emalı (4), Bitki yağı istehsalı (5), Çay və sitrus meyvələri istehsalı (6). Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkəyə investorların cəlb olunmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq”, – deyə o qeyd edib.
İlhamə Əbülfət
www.RIA24.az