HƏMAS-ın atəşkəs üçün bir neçə günü qalıb – Rubio

Baş səhifə

Bakı. Trend:

HƏMAS hərəkatı qısa müddət ərzində atəşkəs haqqında razılaşma
ilə bağlı qərar verməlidir.

Trend xəbər verir
ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Tel-Əvivdən Dohaya
yollanarkən jurnalistlərə verdiyi açıqlamada deyib.




“Gördüyünüz kimi, İsrail bu bölgədə əməliyyatlara başlayıb. Ona
görə düşünürəm ki, bizim sazişin bağlanması üçün çox az vaxtımız
qalıb. Bizim əvvəlki kimi aylarımız qalmayıb, çox güman söhbət
günlərdən gedir, ola bilsin bir neçə həftə qalıb. Ona görə bu çox
həlledici, vacib bir məqamdır”,-deyə Amerikalı ali diplomat qeyd
edib.

Xatırladaq ki, sentyabrın 8-də İsrail baş naziri Binyamin
Netanyahu İsrail ordusunun yaxın günlərdə Qəzza şəhərində
irimiqyaslı əməliyyata başlayacağını elan edərək, yerli sakinlərin
bölgənin başqa ərazilərinə təxliyə olunmasını istəyib.