Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Koroğlu Rəhimov küçəsində nəzərdə tutulan dəyişikliklər
nəqliyyat axınının nizamlanması və yol hərəkətinin
təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən Koroğlu
Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Trend xəbər
verir ki, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli
xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə
kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz
qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərədə tutulub.
Bununla da yolun funksionallığı artırılacaq.

Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir
tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün
geriyədönmə yerləri təşkil olunacaq.

Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib
məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik”
metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri
irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin
kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə
Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov
küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə
paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam
etdirəcəklər. Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil
edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən
Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət
edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən
istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni
dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar
isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr
etməsi üçün istifadə olunacaq.




Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət
edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun
“Gənclik” stansiyası istiqamətində getmək istədikdə parkın yanından
birbaşa birinci döngədən istifadə etməli olacaqlar.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov
küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən
Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun “Nəriman
Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin
edəcək.

Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri
istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol
nişanları və məlumat lövhələri quraşdırılacaq. Piyadaların
təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski
küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri
təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz
küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə
kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil
olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks
istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq. Qeyd edək
ki, layihə Bakının “rəqəmsal əkiz”i üzərində simulyasiya edilərək
hazırlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir