Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən ədalətli oyun sahəsində fərqlənənlərə mükafatlar təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, MOK-un inzibati binasında keçirilən tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib:
“Hər il bu mükafatlandırmanı həyata keçiririk. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat seçkisi gerçəkləşdi. Seçkilər zamanı bizdə yeni şəxslər rəhbər heyətə gəldi. Həmin tədbirdə qərara gəldik ki, keçmiş vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abıyev komissiyada qalsın”.
Daha sonra mükafatlandırma olub:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi – Azər Əliyev (MOK baş katibi)
Ədalətli oyun prinsiplərinə sadiq hakim – Asif Şirəliyev (güləş)
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi – Radiq Hüseynov (güləş)
Ədalətli oyun prinsiplərinə sadiq idmançı – Rafael Ağayev (karate)
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (qəzetlər arasında) – “Olimpiya dünyası”
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı (televiziya jurnalistləri arasında) – Rövşən Binnətli
Bundan əlavə, beş fotoqraf “ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qalibləri kimi mükafatlandırılıb.
Səbuhi Musa
www.RIA24.az