
Bakı, Trend:
Nəsimi rayonunda şirkətlərdən birinə məxsus olan yük
avtomobilindən oğurluq olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat
vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak
mallarının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı
M.Səfərov müəyyən edilərək saxlanılıb.
Rayon ərazisindəki kafelərin birindən isə paytaxt sakininə
məxsus içərisində 300 manat və sənədlər olan çantanı talamaqda
şübhəli bilinən 50 yaşlı K.Şükürov da polis tərəfindən
saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.