Naxçıvanda 562 tələbə peşə təhsil müəssisələrinə qəbul olunub

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda 2025-2026-cı tədris ilində 562 tələbə peşə təhsil
müəssisələrinə qəbul olunub.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikası Naxçıvan MR Təhsil
Nazirliyi məlumat yayıb.




Bildirilib ki, 2025-2026-cı tədris ilində Naxçıvan Muxtar
Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinə, Şərur və Ordubad peşə
liseylərinə 22 ixtisas üzrə 562 tələbə qəbul olunub.

Qeyd edək ki, yeni tədris ilində peşə təhsil müəssisələrində 14
yeni ixtisas yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir