Estoniyanın “Qarabağ” komandası EuroCup turnirində iştirak edəcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Estoniyada fəaliyyət göstərən “FC Qarabağ Tallinn” mini-futbol
komandası Bolqarıstanın Sofiya şəhərində keçiriləcək beynəlxalq
EuroCup turnirinə qatılacaq. 24–28 sentyabr tarixində baş tutacaq
bu yarışa komanda ciddi şəkildə hazırlaşır.

Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilib ki, klubun idman direktoru Elnur Vəliyev turnirdə
iştirakın həm komandanın Avropa səviyyəsində tanınması, həm də
Estoniyada yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə
inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
“Turnirin səviyyəsini və bizi gözləyən rəqabəti yaxşı dərk edirik.
Futbolçular Estoniyanı və Avropadakı azərbaycanlı icmamızı
layiqincə təmsil etmək üçün əzmlə hazırlaşıblar”, – deyə o
bildirib.

“FC Qarabağ Tallinn” komandası D qrupu üzrə ZEL Degson
(Slovakiya), Karpati Ujhorod (Ukrayna) və Raykommers (Bolqarıstan)
komandaları ilə qarşılaşacaq.




Bu oyunlar pley-off mərhələsinə vəsiqə üçün həlledici olacaq.
Turnirdə iştirak “FC Qarabağ Tallinn” üçün beynəlxalq arenada
önəmli bir mərhələ sayıla bilər. Klubun məqsədi yalnız idman uğuru
deyil, həm də azarkeşləri bir araya gətirərək unudulmaz anlar
yaşatmaqdır.

“FC Qarabağ Tallinn” mini-futbol komandasının səfəri Azərbaycan
Diasporuna Dəstək Fondunun dəstəyi ilə gerçəkləşib.

“FC Qarabağ Tallinn” komandası EuroCup turnirində iştirakı
barədə Estoniya yerli mətbuatında məqalə dərc olunub:


Эстонская команда примет участие в EuroCup по мини-футболу в
Болгарии – Delfi RUS