UEFA prezidenti: “Real”ın pişik kimi yeddi canı var”

İdman

UEFA prezidenti Aleksander Çeferin “Real” Madridlə münasibətindən danışıb.

O “Kral klubu” ilə heç bir probleminin olmadığını deyib.

“Hazırda klub rəhbərliyi ilə əlaqəm də yoxdur. Amma “Real”ın Çempionlar Liqasının finalında olması UEFA-nın himayəsi altında keçirilən yarışın şəffaflığının sübutdur. “Real” və “Barselona” kişilər və qadınlar arasında Çempionlar Liqası finallarına yüksəlib. Heç kim onlara mane olmayıb“, deyə qurumun rəhbəri bəyan edib.

Çeferin, həmçinin madridlilərin təcrübəli komanda olduqlarını da vurğulayıb.

“Yarımfinalda “Real”ın “Mançester Siti”yə qalib gələ biləcəyinə şübhə edirdim. Xüsusən də ilk oyunda uduzduqdan sonra. Ancaq görünür, onların pişiklər kimi yeddi canı var. Bu təcrübəli komandadır. Fikrimcə, “Real”ın müdafiəsi kifayət qədər zəifdir. Amma onların barəsində dəfələrlə danışdığım inanılmaz Kərim Benzeması var. Məncə, Kərim futbol tarixinin ən çox qiymətləndirilməyən futbolçularından biridir. Luka Modriç isə yaşlandıqca daha da yaxşılaşır”, – deyə Çeferin bildirib.

Mənbə: championat.com

www.RIA24.az

Spread the love