Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu mənim üçün əbədi dostluq olacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində
Azərbaycanla bağlı növbəti paylaşım edib.

Trend-in
məlumatına görə, özünün Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək
etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və
Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma
daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq
olacaq”, – deyə Tramp yazıb.