Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukraynanın dövlət başçısı Volodimir Zelenski ABŞ və Rusiya
prezidentləri Donald Tramp və Vladimir Putinlə heç bir şərt olmadan
görüşməyə hazır olduğunu bildirib.

Trend-in
məlumatına görə, bu barədə Zelenski “Sky News”a müsahibəsində
deyib.




“Mən Tramp və Putinlə üçtərəfli və ya ikitərəfli formatda heç
bir şərt olmadan görüşməyə hazıram”, – deyə Ukrayna Prezidenti
vurğulayıb.

O, belə bir görüş üçün Moskvaya getməyə hazır olmadığını təkrar
edərək, danışıqların başqa ölkədə aparıla biləcəyini qeyd edib.
“Amerikalılardan və avropalılardan çoxlu təkliflər var”, – deyə
Zelenskı bildirib.