Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

Baş səhifə

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb.

“Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.