Fiziki şəxslərin gəlir vergisi ilə bağlı mexanizmlər hazırlansın – Deputat

Baş səhifə

7 ildir ki, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlirinə güzəştlər tətbiq edilir. Bu kifayət qədər fundamental dəstək idi.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Vüqar Bayramov deyib.

O bildirib ki, bu xüsusilə özəl sektrun inkişafına, o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaradıb, eyni zamanda özünü əmək müqavilələrinin sayında da göstərib:

“Təklif edirəm ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər hazırlansın ki, bu yenidən “kölgə iqtisadiyyatı”na qayıdışı stimullaşdırmasın. Məqsədə uyğun olardı ki, güzəştin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin və mərhələli şəkildə vergi dərəcələrinin artılması həyata keçirilsin”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.