
Xocalı. Trend:
Bugünkü günümüzə şükürlər olsun. Prezident İlham Əliyevə Allah
can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə
can sağlığı diləyirik. Hər bir şəhid ailəsi və şəhid anasını
evimizdə qonaq kimi görmək istəyirik. İstəyirik ki, onlar bizə
qonaq gəlsin, biz isə onlara qulluq edək. Onların şəhid balaları
təkcə onların yox, bütün Azərbaycan xalqının övladıdır. Onların
qanı bu torpaqlara tökülüb. Mən hər birini qonaq çağırıram, evimə
gəlsinlər, onlara qulluq edim.
Trend
xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xocalı
rayonun Daşbulaq kənd sakini İlhamə Novruzova bildirib.
O, köçkünlük illərinin geridə qaldığını, yaşadığı bu qürurlu
günləri bütün məcburi köçkünlərə arzulayır.
İlhamə Novruzova həmçinin bildirib ki, çox gözəl gündür, biz
artıq öz evimizdə yaşayırıq.
“Bakı sakinlərinə də təşəkkür edirik. İllərlə bizə qucaq
açdılar, haqqınızı halal edin. Bir gün, iki gün yox, 40 ilə
yaxındır ki, Bakıda yaşayırıq. Artıq biz Qarabağdayıq. Biz onlara
qapımızı açırıq və onları qonaq kimi gözləyirik”.