
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil
nəqliyyatı vasitələri ilə 8,867 milyard ABŞ dolları dəyərində 4,146
milyon ton beynəlxalq yük daşımaları həyata keçirilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 709,483 milyon ABŞ dolları və ya 8,7%,
həcm ifadəsində isə 350,011 min ton və ya 9,2% çoxdur.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
1,646 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilib
ki, bu da illik müqayisədə dəyər baxımından 324,606 milyon ABŞ
dolları və ya 24,6%, həcm ifadəsində isə 303,688 min ton və ya
20,8% artım deməkdir.
Eyni zamanda, cari ilin ilk səkkiz ayında avtomobil nəqliyyatı
vasitəsilə Azərbaycana 7,221 milyard ABŞ dolları dəyərində 2,382
milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 384,877 milyon ABŞ dolları və
ya 5,6%, həcm baxımıdan isə 46,423 min ton və ya 2% çoxdur.