Cayden Sinqh: “Xanımların eyni işə görə kişilərlə bərabər əməkhaqları almalarına önəm veririk”

İqtisadiyyat

“Qadınların resurs mərkəzləri və burada fəaliyyət göstərən qadınlar iqtisadiyyata da dəstək olurlar. USAİD olaraq bizim məqsədimiz qadınların əməyinin qiymətləndirilməsidir”.

Oxu.Az xəbər verir ki, USAİD-in Azərbaycan üzrə missiyasının direktoru Cayden Sinqh “SHE 2022” konqresində çıxışı zamanı deyib.

O bildirib ki, qadınların güclü və qərar vermək səlahiyyətində olduğu ölkələrə ictimai-siyasi müstəvidə də güclüdürlər:

“KOBİA və Kənd Təsərrüfatı Nazirliyi ilə bir sıra layihələr həyata keçiririk. Biz bu məsuliyyətli işdə xanımların eyni işə görə kişilərlə bərabər əməkhaqları almalarına önəm veririk. Kreativlik, yaradıcılıq önəmlidir. Masallı rayonunda qadınlar üçün kiçik idman zalı yaradıldı. Pandemiya dövründə fəaliyyəti gözlənilən olmasa da, bu, rəqabət yaratdı. Artıq bir deyil, bir neçə belə mərkəzlər yarandı. Bu da qadınların iqtisadi cəhətdən güclü olmasına təkan verir”.

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir