
Bakı. Trend:
Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhlizin
açılması Azərbaycanın suverenliyinin beynəlxalq miqyasda tanınması
kimi qiymətləndirilməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin
bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri xatırladıb ki, Ağ Evdə Donald Trampla aparılan
danışıqlarda Azərbaycan və ABŞ arasında bir sıra razılaşmalar əldə
edildi.
S.Qurbanov Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və
bərpa işlərindən də bəhs edib.
O bildirib ki, aparılan işlər Qarabağın regional inkişafını
bərpa edir.