Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? – VİDEO

İqtisadiyyat

Son zamanlar vətəndaşlar müxtəlif növ brend siqaretləri tapa bilməməkdən şikayətlənirlər. Onların iddialarına görə, yerli market və köşklərdə ya bu siqaretlər tapılmır, ya da çox baha qiymətə satılır.

Baku TV-nin əməkdaşı məsələni araşdırmağa çalışıb.

Məlum olub ki, marketlərdə bəzi siqaret markalarının tapılmaması köşklər üçün əlverişli fürsətlər yaradıb. Belə ki, normal qiyməti 3 manat 90 qəpik – 4 manat arası dəyişən bu siqaretləri hazırda onlar 4 manat 30 qəpikdən 5 manat 50 qəpiyədək müxtəlif qiymətlərlə satırlar.

Qeyd edək ki, sözügedən brend siqaretlər Azərbaycanda tanınmış şirkətlərin birində istehsal edilir. Qapalı səhmdar cəmiyyət olan istehsalçıdan sorğuya cavab olaraq bildirib ki, siqaret məhsullarının ərsəyə gəlməsi üçün tələb olunan xammal bu ilin mart ayına kimi Ukraynada yerləşən fabriklərdən sifariş olunurdu. Lakin Ukraynada başlayan müharibə səbəbindən qeyd olunan xammalın martdan etibarən regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən gətirilməsinə başlanılıb.

Hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və buna görə də bəzi markaların müxtəlif çeşidləri üçün xammalların təminatı üzrə ölkənin dəyişdirilməsi prosesi daha çox vaxt tələb edir. Bu çeşidlər üzrə xammalın əldə olunması üçün mənbə artıq təyin olunub və yaxın zamanlarda təchizatçı şirkət tərəfindən tələb olunan məhsullar istehsalçıya göndəriləcək.

Daha ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir