Bu gün keçiriləcək UEFA Avropa Liqasının final matçı üçün İspaniyanın Sevilya şəhərinə ezam olunmuş “CBC Sport” telekanalının şərhçisi Elnur Məmmədli çətin vəziyyətlə üzləşib.
Oxu.Az-ın xəbərinə görə, şərhçi çalışdığı telekanal üçün canlı efirə çıxarkən ona sərxoş azarkeşlərdən biri yaxınlaşıb.
Şərhçi özü həmin azarkeşin onu vuracağını güman etdiyini bildirib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Avropa Liqasının finalında Almaniyanın “Ayntraxt” klubu ilə Şotlandiya “Reyncers”i üz-üzə gələcəklər.
Səbuhi Musa
www.RIA24.az