Bu ölkədə 2 həftəlik NATO təlimləri başlayır

Baş səhifə

Bakı. Trend:

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı
ilə “Pikne” (“İldırım”) təlimləri başlayır.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa,
Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən
3000-ə yaxın hərbçi iştirak edəcək.




Məlumata görə, təlimlər 2 həftə davam edəcək. Təlimlər
çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə
zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə
mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə
xarakteri daşıyır.