KOBİA yeni memorandum imzalayıb – FOTO

İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalayıb.

Bu barədə Agentlikdən məlumat verilib.

Məlumata görə, sənədə bu gün Bakıda keçirilmiş Azərbaycan-Litva Biznes Forumu çərçivəsində imza atılıb.

Tədbir iki ölkənin prezidentləri İlham Əliyev və Gitanas Nausedanın iştirakı ilə baş tutub.

Memorandumu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee imzalayıblar. Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir