Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 13 dəfəyə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Finlandiyadan Azərbaycana birbaşa
xarici investisiyaların həcmi 21,406 milyon ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,746
milyon dollar və ya 12,9 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Finlandiyadan olan investisiyaların payı 0,7 faiz təşkil
edib.

Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzində
Finlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki,
bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,661 milyon dollar və ya
8,6 dəfə çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyaya
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,8% təşkil
edib.

2024-cü ilin ilk yarımili ərzində Finlandiyadan Azərbaycana
birbaşa xarici investisiyaların ümumi həcmi 1,660 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 1,273 milyon dollar
təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,222 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 244,295 milyon ABŞ dolları və ya 8,2% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
1,350 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 6
ayındakı göstərici ilə müqayisədə 351,561 milyon ABŞ dolları və ya
35,2% çoxdur.