Güləşçimiz Eldəniz Əzizli dünya çempionatında 7-ci medalını qazanıb

Baş səhifə

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Trend-in
məlumatına görə, yunan-Roma güləşi üzrə ilk medalçılar
müəyyənləşib.




Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kiloqram) bürünc
medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə
elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin
kapitanı dünya üçüncüsü olub.

Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri
kürsüyə qalxan (4 qızıl, 3 bürünc) Eldəniz bu göstəricidə
Azərbaycan güləşinin yeni rekordçusu olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir