
Bakı. Trend:
Türkiyənin Antaliya vilayətində meydana gələn meşə yanğını ilə
əlaqədar Belek şəhərində yanğın ocağına yaxın yerləşən otellərdən
turistlər təxliyə olunur.
Bu barədə Trend
Türkiyə KİV-ə istinadən xəbər verir.
“Bələkdə yanğın meydana gəlib! Otellərdən insanlar təxliyə
olunur”, – “Antalya Haqqında” portalının “X” səhifəsində qeyd
olunub.
Qeyd edək ki, ötən gün Alanya və Muratpaşadakı meşə
yanğınlarının ardından Kundu ilə Bələk arasında yerləşən ərazidə də
yanğın baş verib.
Əraziyə Antalya bələdiyyəsinin yanğınsöndürənləri və yerli meşə
idarəsinin çox sayda əməkdaşı səfərbər olunub. Yanğının
söndürülməsi üçün tədbirlər davam etdiyi bir vaxtda, küləyin
şiddətlənməsi alovun daha geniş yayılma riskini artırıb.