
Bakı. Trend:
Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə
Formula 1 üzrə sıralama turu start götürüb.
Trend xəbər
verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.
Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri
müəyyənləşəcək.
Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren”
komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst
yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü
sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci
olub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun
vurulacaq.