Adnan Əhmədzadə belə həbs olunubmuş

Baş səhifə

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə ötən gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamını məhz orada saxlayıblar. Həmçinin onun yanında şəxsi mühafizəçiləri də olub.

Bildirək ki, A. Əhmədzadə yarışın keçirildiyi əraziyə “Maybach” markalı “77-AA-555” dövlət qeydiyyatı nişanlı avtomobili ilə gəlibmiş.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.