Fərid Şəfiyev: “Sərhəd qüvvələri Paşinyana tam tabe olmur”

Gündəm

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev son zamanlar Ermənistan tərəfindən dövlət sərhədində törədilən təxribatlara münasibət bildirib.

Qurum rəhbəri “Report”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi qüvvələrə tam nəzarət edə bilmir.

“Bu strukturlarda uzun illərdir ki, Ermənistanın keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarqsyan klanının adamları işləyir. Bu hal Ermənistanın Xarici İşlər Nazirliyində (XİN) də müşahidə olunurdu. Hazırkı XİN rəhbəri isə o sistemdən deyil. O, kənardan gətirilən bir şəxsdir. Mən düşünmürəm ki, Paşinyan hökuməti sərhəd zonasında hər hansı bir münaqişə, gərginlik ocağının yaranmasında maraqlıdır. Hesab edirəm ki, sərhəd qüvvələri ona tam tabe olmur”, – F.Şəfiyev bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir