“Glass Animals” və Martin Garriks Bakıda səhnə aldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dünən axşam Formula 1 Qatar Qran Prisi 2025 çərçivəsində məşhur
indie-rok qrupu “Glass Animals” Bakı Kristal Zalı səhnəsinə
çıxıb.

Trend xəbər verir
ki, qrup ilk dəfə Bakıda çıxış edərək tamaşaçılara sevilən
mahnılarını təqdim edib.

Solist şəhərdə qarşılaşdıqları insanların qonaqpərvərliyini qeyd
edərək Bakıya yenidən qayıtmaq istədiklərini bildirib.




Daha sonra səhnəyə tanınmış DJ və prodüser Martin Garriks çıxıb.
Onun ifasında məşhur treklər səslənib, şou isə vizual effektlərlə
müşayiət olunub. Garriksin çıxışı paytaxt tamaşaçıları tərəfindən
böyük maraq və alqışlarla qarşılanıb.

Minlərlə insanın iştirak etdiyi konsert Formula 1 Azərbaycan
Qran Prisinin mədəniyyət proqramının əsas tədbirlərindən biri
olub.