Şeyxülislam Şuşada keçiriləcək toplantının anonsunu verdi

Siyasət

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu – oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub:

“Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir