Qeyri-adi təbiət hadisəsi görənləri heyrətə gətirdi – VİDEO

Maraqlı

Uruqvayda “Yakekan” qasırğası zamanı qeyri-adi təbiət hadisəsi lentə alınıb. Belə ki, Punta del Este şəhərinin Atlantik sahilləri dəniz köpüyü ilə dolub-daşıb.

Dəniz bioloqlarının fikrincə, köpük suyun tərkibində çoxlu miqdarda mikroyosun olması səbəbindən əmələ gəlib.

Bildirilir ki, siklon özü ilə 130 km/saata çatan küləkləri də gətirib. Nəticədə ölkədə yüz minlərlə ev işıqsız qalıb, dağıntılar qeydə alınıb. Azı iki nəfərin öldüyü bildirilir.

Mənbə: UNİAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir