“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.
“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.
“Hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır”, – ICESCO-nun Baş direktoru bildirib.
Onun sözlərinə görə, Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir.
Səlim bin Məhəmməd Əl-Malik qeyd edib ki, COVID-19 pandemiyası yeni humanitar problemlərə və böhranlara səbəb olub:
“Bu çağırışlara qarşı mübarizə aparmaq üçün beynəlxalq təcrübədən faydalanmalı, onun tətbiqi zamanı ölkənin bütün xüsusiyyətlərini nəzərə almalıyıq”.
www.RIA24.az