
Bakı. Trend:
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya
ümumilikdə 429,3 milyon ABŞ dolları məbləğində və 778,6 min ton
həcmində xam neft və bitum süxurlardan əldə olunan neft məhsulları
ixrac olunub.
Trend Azərbaycanın
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cüi ilin
anoloji dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 160
milyon ABŞ dolları və ya 59,5 faiz və həcm ifadəsində 344,5 min ton
və ya 79,5 faiz artıb .
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925
min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu,
2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard
912 milyon ABŞ dolları və ya 18,5% az, həcm baxımından isə 551 min
50 ton və ya 3,3% azdır.