
Bakı. Trend:
Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi
ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin
təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə
bildirib.
O bildirib ki, avtobusla müntəzəm sərnişin daşıma xidmətinin
səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat
xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan
qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına
səbəb olur.
“Nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin
sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir”-
deyə sədr vurğulayıb.