Azərbaycandan Xorvatiyaya yanvar-avqust aylarında neft tədarükünün həcmi ilə bağlı məlumatlar açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya 497,4
milyon ABŞ dolları dəyərində və 919,9 min ton həcmində xam neft və
bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu
göstərici 129,6 milyon ABŞ dolları və ya 20,7 faiz , həcm
baxımından isə 85,2 min ton və ya 8,5 faiz azalıb




Ötən ilin ilk altı ayında Azərbaycandan Xorvatiyaya 627 milyon
ABŞ dolları dəyərində 1,005 milyon ton neft və neft məhsulları
ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20
ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15
milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac
edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,
həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.