Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq – Rəşad Nəbiyev

Baş səhifə

Bakı. Trend:

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyük
rol oynaya bilər: “Biz artıq son beş il ərzində bu gündəliyi irəli
aparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə də
təsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam – cənab
Əliyev, cənab Putin və Paşinyan arasında. Yəni artıq ortaya qoyuldu
ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.




Biz bunu mövcud dəhlizlərə alternativ kimi görmürük, əksinə
inanırıq ki, bu, əlavə bir arteriya olacaq və müəyyən dövrlərdə
hava və digər şərait imkan vermədikdə, mühüm əhəmiyyət kəsb edəcək.
Məsələn, daha çox yük daşınmasına şərait yaradacaq. Ümumilikdə isə
təqribən 15 milyon ton əlavə yük dövriyyəsi təmin olunacaq”.

“Lakin mən burada dayanaraq əsas məqamı vurğulamaq istəyirəm:
biz bunu yalnız tranzit marşrutu kimi görmürük. Biz bunu həm də
həmin dəhliz boyunca yerləşən ölkələrin qarşıdakı illərdə
firavanlaşması üçün bir yol kimi dəyərləndiririk”, – deyə nazir
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir