Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Azad olunan ərazilərdə 15-21 sentyabr tarixlərdində 14 tank
əleyhinə mina, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi
sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend
xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin
(ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar
minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd
edilib.




Məlumata əsasən, 1130,6 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd
Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,
Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı
və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad
edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı
kəndlərində həyata keçirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir