
Bakının Əmircan kəndində köklü abadlıq işləri görülüb.
Bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, ilkin mərhələdə ərazi çirkab sularından təmizlənib:
“Kanalizasiya sistemi yeniləndi. Hazırda isə təmizləyici qurğu işə salınmaq üzrədir. İllərlə atılan məişət tullantıları təmizlənib. Növbəti mərhələdə isə digər dövlət qurumlarının təsdiqləyəcəyi layihə əsasında işlər davam etdiriləcək”.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

