
Yaxın günlərdə ilk dəfə Qeyri-Hökumət Təşkilatlarına (QHT)
Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən
QHT-lər üçün birgə müsabiqə elan ediləcək. Müsabiqənin əsas
tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) çıxış edəcək.
Bu barədə Trend-ə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media
məsələləri üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
O qeyd edib ki, müsabiqədə spesifik istiqamətdə – minadan zərər
çəkmiş minatəmizləyənlərin mina və partlamamış hərbi sursatlar
(PHS) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb olunmasına
dair layihələr qəbul ediləcək.