
Fransa Fələstin dövlətini tanıyıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən Fələstinə dair iclasda açıqlama verib. O bildirib ki, Yaxın Şərqdəki gərginliyin həlli iki dövlətli prinsipə əsaslanmalıdır. Makronunun sözlərinə görə, bölgədə sülh bərqərar edilməlidir. O, Qəzzadakı müharibənin davam etdirilməsinin heç bir əsasının olmadığını bəyan edib. Fransa lideri bölgədə sülh təmin edildikdən sonra Parisin Fələstində səfirlik açacağını ifadə edib.
Qeyd edək ki, Fransa ilə Fələstini tanıyan dövlətlərin sayı 152-yə yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.