
Bakı. Trend:
Çip istehsalçısı Nvidia “ChatGPT”-nin yaradıcısı OpenAI
şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.
Trend xəbər verir
ki, bu barədə şirkətlərin bəyanatında bildirilib.
Qeyd olunub ki, strateji tərəfdaşlıq çərçivəsində Nvidia
OpenAI-yə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi
üçün lazım olan məlumat mərkəzlərinin yaradılması məqsədilə çip
tədarük edəcək. Onların ümumi gücü ən azı 10 GVt olacaq ki, bu da
OpenAI-yə “yeni nəsil süni intellekt infrastrukturu” yaratmağa
imkan verəcək.
Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə
edəcək və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun
yerləşdirilməsinə başlanacaq.
Bu məlumatdan sonra Nvidia-nın səhmləri 4% yüksəlib.