Azərbaycan və Qətər iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Qətərin
İnvestisiya təşkilatının inkişaf etməkdə olan bazarlar üzrə
direktoru Nasser Al-Attiyah iqtisadi əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı investisiyaların stimullaşdırılması
və strateji sektorların inkişafında tərəfdaşlığın perspektivlərini
müzakirə ediblər.

Trend xəbər verir
ki, bu barədə Mikayıl Cabbarov öz “X” səhifəsində yazı
paylaşıb.

“Azərbaycanın artan iqtisadi potensialı bir sıra ölkələr, o
cümlədən Körfəz dövlətləri ilə iqtisadi əməkdaşlıq, investisiya və
strateji tərəfdaşlıq sahəsində birgə layihələrin reallaşmasını
mümkün edir”,- paylaşımda qeyd olunur.




Nazir Nasser Al-Attiya ilə Bakıda keçirilən Birinci Azərbaycan
Beynəlxalq İnvestisiya Forumu çərçivəsində görüşdüklərini diqqətə
çatdırıb.

“Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji
sektorların inkişafında tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik”,
– deyə o vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir