Rusiyalı hərbçilər Ukraynanın işğal olunmuş ərazilərində seksual cinayətlər törətməkdə davam edirlər.
Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova özünün “Telegram” kanalında xəbər verib.
Onun sözlərinə görə qurbanların çoxu uşaqlar – hətta bəzən 10 yaşından kiçiklərdir, eləcə də yaşlı kişilər cinsi təcavüzə məruz qalıb.
“Dünən cəmi bir saat ərzində 10 nəfər yaşadıqları cinsi zorakılığa görə müraciət edib, onlardan səkkizi zorlanmış azyaşlılar (ikisi 10 yaşlı oğlan) olub”, – deyən Denisova ümumilikdə bir gün ərzində Xarkovdakı idarənin psixoloqlarına 56 müraciət edildiyini bildirib.
“9 yaşında üçəmlər, qızlar… Raşistlər tərəfindən zorlanıblar, cinsiyyət orqanlarına ağır xəsarətlər yetirilib. Bütün bunlar ananın gözü qarşısında olub, şok vəziyyətindədir.
Ana müraciət edib; gözləri önündə doqquz aylıq qızı şamla zorlanıb.
İki nəfər tərəfindən zorlanan bir yaşlı oğlan – ölüb.
İki nəfər tərəfindən zorlanan iki yaşlı qız – sağ qalıb.
Zorlanmış 67 və 78 yaşlı kişilər”, – deyə Ombudsman bəzi hallarla bağlı danışıb.
O, BMT-nin İnsan Haqlarının Pozulmasının Araşdırılması Komissiyasına müraciət edərək, Ukrayna xalqının soyqırımı ilə bağlı bu faktları nəzərə almağa, bütün dünya üzrə tərəfdaşları isə Rusiya Federasiyasına sanksiya təzyiqlərini artırmağa və Ukraynaya silah tədarükünə çağırıb.
www.RIA24.az